Respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz əlavə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verib. Belə ki, xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edilib.

Nazirlikdən Türk.az-a bildirilib ki, aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində “DVB-T2” standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

ƏvvəlkiBakı polisindən xüsusi karantin rejim qaydaları ilə bağlı açıqlama
NövbətiPartiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır