Rusiya və Çin “alternativ internet” hazırlayır

Moskva Çinlə bərabər alternativ internetin yaradılmasını aktivləşdirəcək.

Türk.az xəbər verir ki, Moskvanı bu istiqamətdə özəlliklə Çinin Kompüter Şəbəkələrini və İnformasiya Təhlükəsizliyini İdarə Mərkəzinin baş mühəndisi Fan Binsinin ideyalarının maraqlandırdığı iddia edilir.

“Binsin Çinə dost olan ölkələrdə tez-tez olur və onlara kibersuverenlik konsepsiyası haqqında danışır. 5-6 iyunda o, Xantı-Mansiyskdə keçirilən 10-cu Beynəlxalq İT Forumunda iştirakı zamanı ABŞ-ı internetdə bütün kommunikasiyaların əvəzedilməz mərkəzi edən DNS kök sistemlərinin alternativinin “kök kəsilməsi” sistemi olduğunu dedi. Onun təklif etdiyi konsepsiyaya əsasən, bir neçə ölkə ilə birbaşa məlumat mübadiləsi yaratmaq mümkündür. Bunun nəticəsində istifadəçilərin sorğuları ABŞ-dakı DNS serverləri yox, birbaşa lazım olan istiqamətə göndərilir. Binsinin fikrincə, məhz bu sistem Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in ərazisində istifadəyə verilməlidir. O, bunun ABŞ-ın dominant olduğu sistemə cavab olacağını qeyd edir“, – “Kommersant”da dərc olunan məqalədə bildirilib.

ƏvvəlkiLeyla Əliyevanın kitabı Londonda nəşr olunub
NövbətiOrdumuzun genişmiqyaslı təlimləri başladı – Video