Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Türk.az-a verilən məlumata əsasən, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.
Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.