Qazaxda 64 yaşlı qadın əməliyyat zamanı ölüb

Qazaxda qadın əməliyyat zamanı ölüb. Hadisə ötən gün Qazax Müalicə Diaqnostika Mərkəzində baş verib. Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Nataliya Fyodorovna mərkəzdə qarın boşluğunun ön çəpərinin yırtığından əməliyyat olunub.Əməliyyatdan sonra narkozdan ayılmayıb. Bu barədə xeberdar.net-ə qadının qohumları məlumat veriblər.

Onların bildirdiyinə görə, qadına dozadan artıq narkoz verildiyini üçün ölüb.

Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, ölümün səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır

ƏvvəlkiOrdumuzun genişmiqyaslı təlimləri başladı – Video
NövbətiBakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq