Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.
“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında rayon ərazisində Baş Mil-Muğan kollektorunda boğulan rayonun Astanlı kənd sakinləri – Əsgərov Nurlan Aslan oğlu və onun 5 yaşlı oğlu Əsgərov Aslan Nurlan oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, onlar kollektorda balıq tutarkən boğulublar.
Faktla bağlı araşdırma aparılır.