Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə snayperlərin hazırlığı yoxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.