Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.
Türk.az-ın xəbərinə görə, bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında deyilir.
Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.