Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.