Son 24 saat ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 42 nəfər artıb və 419-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, virusa yeni yoluxanların 23-ü qadın, 19-u kişidir. İndiyədək 54 xəstə sağalıb və evə buraxılıb, 5 nəfər dünyasını dəyişib, 11 xəstə ağır vəziyyətdədir, onların 6-sı reanimasiya şöbəsindədir.
Tibb işçilərindən virusa yoluxanların sayı 63 nəfərdir. Ölkədə karantində 1025 nəfər var.