Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir
3 iyul 2018-ci ildə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişindəyaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələnsərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.
Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında,Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.
Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.