ABŞ-ın “Light” markalı xam neftinin qiyməti tarixdə ilk dəfə olaraq 100 faiz dəyər itirib.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə 21:56-ya olan məlumata görə, “Light” neftinin bir barrelinə Londonun ICE birjasında 0,01 dollar təklif olunub. Saat 22:10-na olan vəziyyətə görə isə ABŞ nefti artıq mənfi 1,43 dollara alıcı axtarıb.
Həmin vaxt London birjasında Brent markalı neftin bir barreli 25,53 dollardan satılıb.