Gürcüstanda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 10:08-də Zaqatala stansiyasından 52 km qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3,8, dərinliyi 2 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində zəif hiss olunub.