Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanın mənzillərindən birində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan axtarışlar nəticəsində silah, narkotiklər və oğurlanmış şəkillər tapılıb.
Türk.az xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, keçmiş prezidentin qardaş oğlu şəkilləri rəssam Martiros Saryanın varisindən almışdı. O, 14 şəkil üçün 28 min dollar ödəməyə söz vermişdi, amma pulu verməyib və şəkilləri qaytarmayıb.
Nareka Sərkisyanın yaşayış yerləri üzrə daha əvvəl aparılan axtarışlar nəticəsində 115 min dollar, bahalı saat, çoxsaylı qızıl qəpik və zinət əşyaları aşkarlanmışdı. Hazırda hüquq-mühafizə orqanları onların əldə edilməsinin qanuniliyini yoxlayır.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidentinin qardaşlarından biri olan Aleksandr Sərkisyan qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və həmin gün də sərbəst buraxıb. Polis bildirdi ki, o, silaha qanuni əsaslarla malik idi.