Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 00:24-də Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, zəlzələ 3,8 maqnitudada qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.