AMV Consulting şirkəti “Sahibkarlar Günü”ndə müraciət etdi – MƏTN

25 aprel tarixi Azərbaycanda “Sahibkarlar Günü” olaraq qeyd olunur. AMV Consulting şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarlara müraciət edib.

AMVPRESS.AZ müraciətin mətnini təqdim edir:

Əziz sahibkarlar, ilk olaraq Sizi cənab Prezident İlham Əliyevin 21 aprel 2016 cı ildə təsis etdiyi 25 aprel Azərbaycan Respublikasında “Sahibkarlar Günü” münasibəti ilə təbrik edirik. Sizlərə can sağlığı, işlərinizdə uğurlar və dövlətimizin inkişafında geniş tövhələr verməyinizi arzu edirik.
 Bildiyimiz kimi son dönəm bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası dünya iqtisadiyyatı ilə yanaşı ölkəmizin iqtisadiyyatına da mənfi təsirini göstərmişdir. Bu bəlanın ölkəmizə və iqtisadiyyatımıza təsirini azaltmaq üçün dövlətimiz vaxtında hətta şərqin və qərbin ən güclü dövlətlərindən daha səmərəli və qabaqlayıcı tədbirlər görmüşdür. Bu tədbirlərin nəticəsində pandemiyanın fəsadları ölkəmizə təsiri bir çox inkişaf etmiş dövlətlərdən daha az olmuşdur hətta artıq sevindirici haldır ki, ölkəmizdə karantin şərtləri yumşaldılır. Bu dönəmdə bir çox sahibkalarımız da böyük vətənpərvərlik sərgiləyərək dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək verib, xalqının yanında olduğunu nümayiş etdirdi. Bu çətin vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə dəstəyi göstərən, az təminatlı ailələrə yardım edən və fəaliyyətlərinin dayandırılmasına baxmayaraq tabeçiliyində olan işçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam vermədən əmək haqqlarını qarşılayan bütün sahibkarlara və daim sahibkarlarımıza dəstək olan dövlətimizə təşəkkür edirik.

AMV Consulting şirkəti olaraq sahibkarlara dəstək göstərərək ölkə iqtisadiyyatımıza tövhə vermək fəaliyyətimizin əsas istiqamətlərindəndir. Pandemiya şəraitində də xidmətlərimizi tam elektron şəkildə təşkil edib fəaliyyətimizi həyata keçirdirik.

Bütün sahibkarlardan və onların əməkdaşlarından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın, Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin tələblərinə ciddi riayət etməyə çağırırıq. Fəaliyyətlərinə icazə verilən təşkilatlar arasında xidmətlərini elektron şəkildə təşkil edə biləcək müəssisələrin əməkdaşlarını evdən işləməyə, elektron fəaliyyətin təşkil olunması mümkün olmayan müəssisələrdə isə xidmətlərini az sayda əməkdaşlarla gigiyena və təhlükəsizlik qaydalarıını gözləyərək işlərini təşkil etməyə, qeyri iş günlərində isə ciddi zəruriyyət yaranmadığı halda evdən çölə çıxmamağa çağırırıq.

AMVPRESS.AZ

ƏvvəlkiDeputat Aqil Məmmədov kəlbəcərli köçkünlərlə görüşüb – FOTOLAR
NövbətiAtəşkəs rejimi 25 dəfə pozulub