Ölkənin aparıcı QHT-lərindən olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı
İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş
yayılmasının qarşısının alınması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən uğurla
həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Pandemiyanın
elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan İctimai Birlik
olaraq xeyriyyə aksiyaları keçirir.
Bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun
təşəbbüsü ilə Bakıda sosial qayğıya ehtiyacı olan 80-dən çox vətəndaşa müvafiq
yardımlar edilib, eyni zamanda onlara İctimai Birliyin fəalları tərəfindən
maarifləndirici məlumatlar verilib.
Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən
bu məqsədlə indiyədək 800-dən çox ailəyə müavafiq yardımlar göstərilib. Sakinlər
bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını
qeyd ediblər və bütün bunlara görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya, eləcə də fədakar Azərbaycan həkimlərinə və
polislərə minnətdarlıq bildiriblər.
Dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışını kredo seçən “Aşıq
Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları bu cür xeyriyyə aksiyalarını
növbəti həftələrdə də davam etdirəcəklər.