ABŞ Senatı Uilyam İvaninanın Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.
Türk.az xəbər verir ki, bu barədə ABŞ Senatının saytında məlumat verilib.
Bildirilib ki, Pensilvaniyadan olan U.İvanina 84 lehinə, 7 əleyhinə səs toplamaqla təsdiqlənib.
Qeyd edək ki, U.İvanina hələ 2014-cü ildə ABŞ-ın ondan çox kəşfiyyat qurumlarının işini əlaqələndirən Milli Kəşfiyyat İdarəsi yanında Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru vəzifəsinə təyin edilib və 2018-ci ildə Senatda təsdiqlənmək üçün direktor vəzifəsinə namizəd olub. Ancaq senatorlardan biri səsverməyə mane olub. “Politico”nun məlumatına görə, U.İvaninanın təyinatı iki illik gözləntidən sonra təsdiqlənib və o, Mərkəzin Senat tərəfindən təsdiqlənən ilk direktoru olub.