Sumqayıtda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhər təcili tibbi xəstəxanasının baş həkimi Rauf Sadığov AZƏRTAC –a bildirib ki, avtobusda olan 14 sərnişin müayinədən keçirilib. Onlardan 10 nəfəri evə buraxılıb, 2 nəfərə ambulator yardım göstərilib. Hazırda xəstəxanada 2 sərnişin müalicə alır. Onların vəziyyəti kafidir.

Hadisə Sülh prospektində baş verib. 2 və 9 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusları toqquşub. İlkin məlumata görə, arxadan gələn avtobusun sürücüsü idarəetməni itirib və qarşıdakı avtobusu vurub.

 

ƏvvəlkiMilli Məclisin iclasında Şuşanın işğal günü yad edilib
NövbətiDİN vətəndaşlara xəbərdarlıq etdi – VİDEO – YENİLƏNİB