9 May-faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən müsabiqənin əsas məqsədi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir.
3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilən müsabiqəyə uşaq-gənclər inkişaf mərkəzlərinin 220 dərnək üzvü tərəfindən ümumilikdə 250 rəsm işi onlayn formada göndərilib. Müsabiqəyə təqdim edilən işlər A-4 formatında, müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənib.
Yekunda münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşdirilərək diplomlarla mükafatlandırılıblar.