Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik müddətində ilk səfərini həyata keçirmək üçün TUR təyyarəsi ilə saat 10:10-da Esenboğa hava limanından Azərbaycan istiqamətində yola düşüb.
Türk.az xəbər verir ki, hava limanında Ərdoğanı TBMM-in müvəqqəti sədri Durmuş Yılmaz, prezidentin müavini Fuad Oqtay, Ankara valisi Ərcan Topaca və digər rəsmilər yola salıb.
Bakı səfərinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına gedəcək.