Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Türk.az-ın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən “Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik”, deyə bildirib.
Qeyd edək ki, bu, R.T.Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.