Türkiyə mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmədən sonra ilk rəsmi səfərinin Azərbaycana olması ilə bağlı xəbərləri ətraflı şəkildə işıqlandırıb.
Türk.az xəbər verir ki, Prezidentin Azərbaycan səfəri “Ərdoğanın yeni sistemdəki ilk işi əfsanəvi prezidentin qəbrini ziyarət etmək oldu” başlıqları ilə dərc edilib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında ənənəyə sadiq qalaraq andiçmə məraisimindən sonra ilk səfərini Azərbaycana edib.
Ərdoğan Bakıda ilk olaraq onu müşayiət edən heyətlə birgə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.