Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.
Türk.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.
A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Villada silah, zirehli gödəkçələr və zirehli maşın aşkarlanıb.
A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər cinayət əməllərində ittiham olunur.
Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.