Macarıstanın “Wizzair” aviaşirkəti iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcək.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan paytaxtından uçuşlar həftənin bazar ertəsi və cümə günləri, saat 05:50-də, Macarıstan paytaxtından uçuşlar isə həftənin cümə axşamı və bazar günləri yerli vaxtla saat 23:30-da baş tutacaq.