Dünya birjalarında neftin qiyməti bahalaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 40,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,01 dollar bahalaşaraq 37,82 dollar təşkil edib.