Bu gün daha 26 Qazaxıstan vətəndaşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar.
Bu barədə “Report” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimizdə Kurık limanından yola düşüblər. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, bu ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bugünədək 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınmışdır.