Maşında silah gəzdirən sərxoş sürücü həbs edildi

Bakıda Nizami rayonu ərazisində sərxoş sürücü aşkarlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, İdarənin əməkdaşları 99 TD 743 dövlət nömrə nişanlı, “Nissan Teana” markalı avtomobilin sürücüsə saxla əmri veriblər. Sürücü polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd edib. Lakin yol polisi əməkdaşları onu saxlamağa müvəffəq olublar.

Saxlanılan zaman müqavimət göstərməyə çalışan sürücü 1973-cü il təvəllüdlü Qasımov Bəxtiyar Əziz oğlunun tibbi müayinədən keçirilən zaman sərxoş olduğu üzə çıxıb. Aparılan araşdırmalar nəticəsində avtomobildə pnevmotik tapança aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən Bəxtiyar Qasımov 30 gün müddətində inzibati qaydada həbs edilib.

ƏvvəlkiMilli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 12-də keçiriləcək
Növbətiİlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını ediblər