Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.

Türk.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin açıqlamasında bildirilir.

İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.

ƏvvəlkiPrezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
NövbətiTƏBİB tibb tələbərinə və rezidentlərə müraciət edib