İlin əvvəlindən ölkə əhalisinin sayı 14 min 473 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 81 min 581 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.