Afrikalı qeyri-leqal miqrantları Avropaya daşıyan gəminin Tunis sahillərində qəzaya uğraması nəticəsində 61 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, onlarla miqrant Tunisin Kerkennah limanından göndərilən qayıqlarla xilas edilib.
Tunis rəsmiləri miqrantların meyitlərinin sahil qəsəbəsi ərazisində dəfn edildiyini bildiriblər. Ölənlərin arasında azyaşlılar və qadınlar da var.