Türkiyədə 5,5 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.