Bu gün Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziyev istefa verib.
AZƏRTAC Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, may ayında ölkə parlamenti Muxammedkalıy Abılqaziyevi bir mobil operatora qanunsuz olaraq radiotezlik satmaqda ittiham edib. Baş Nazir bu ittihamla razılaşmayaraq istefa verdiyini bildirib.
Xatırladaq ki, Muxammedkalıy Abılqaziyev 2018-ci ildən Qırğızıstanın Baş Naziri olub.
Baş Nazirin birinci müavini Kubatbek Boronov hökumət sədrinin səlahiyyətlərini icra edir.