İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.
Yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.
“Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.