Koronavirusa yoluxan xəstənin ev şəraitində müalicəsinə nəzarət sahə həkimləri tərəfindən aparılacaq. Bunun üçün xüsusi qiymətləndirmə cədvəlləri hazırlanıb. Qabaqcadan müəyyən edilmiş saatlarda həkimlər telefon vasitəsilə xəstəni evdə müşahidə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
Onun sözlərinə görə, “E-Təbib” mobil tətbiqində də elektron müşahidə metodları nəzərdə tutulub.