Tbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, Hərbi attaşe aparatı və səfirlik əməkdaşları Heydər Əliyev adına parkda ümummilli liderin xatirəsini ehtiramla yad edərək, büstünün önünə gül dəstələri qoyublar.

Mərasimdə Gürcüstandan olan Qarabağ və 20 Yanvar şəhidlərinin ailə üzvləri və yaxınları da iştirak ediblər.

D.Həsənov tədbir iştirakçılarını Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə təbrik edib, onlara uğurlar diləyib.

ƏvvəlkiTürkiyədə güclü zəlzələ oldu
Növbəti“Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb