Rusiyada səsvermədə iştirak edənlərin 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyir.
AZƏRTAC Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbər verir ki, iyulun 1-də günün birinci yarısınadək səs verən Rusiya vətəndaşlarının 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib, 24,69 faizi isə düzəlişlərin əleyhinədir. Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 60 faizdən çoxu artıq səs verib.
Xatırladaq ki, Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir. Əvvəlcə səsvermə aprelin 22-ə təyin edilmişdi. Sonradan koronovirus pandemiyası ilə əlaqədar səsvermənin tarixi dəyişdirilərək iyulun 1-nə keçirildi.