Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı aqressiyasını pisləyib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində yazılıb:
“GUAM-ın baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir”.