Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatları bəyanat yayıb.
Türk.az-ın məlumatına görə, bəyanatda deyilir:
“Məlum olduğu kimi, iyulun 12-dən etibarən ölkəmizin Tovuz istiqamətində olan dövlət sərhədi fitnəkar düşmən olan separatçı Ermənistan tərəfindən hücumlara məruz qaldı. Qüdrətli Silahlı Qüvvələrimizin rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olur. Elə bütün bunların təzahürü idi ki, 14 iyul tarixində xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. Regionun hesablaşılan gücü olan dövlətimiz cəbhə xəttində ərazisinin toxunulmazlığı istiqamətində hərbi əməliyyatlar keçirməklə bərabər həm daxildə həm də xaricdə olan məkrli insanların ordu-xalq birliyinə nifah salmaq istəyinə qarşı mübarizə aparır. Belə şəxslərdən biri də təxribat xarakterli video yayan düşmən xislətli Rəşad Məmmədovdur. “Vətənpər” açıqlamasında guya ki, cəbhədə baş verənlərə pis olduğunu, emosianallıq edərək həmin videonu düşünmədən paylaşdığını bildirir. Düşmənə xidmət edən əməlinə hansı don geyindirməsindən asılı olmayaraq bu kimi şəxslər hüquq-mühafizə orqanları tərəfindən ən sərt, ən qəddar formada cəzasını almalıdır. Çünki, düşmənə xidmət etməyin yalnız bir adı var – xəyanət!
Biz hərbiyönümlü QHT-müharibə şəraitinə uyğun cəzaların tətbiq olunmasını, ölüm hökmünün bərpa olunaraq riyakar, düşmənə xidmət edənlərin ölüm hökmü ilə cəzalanmasını tələb edirik.
1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi
2. “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi
3. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi
4. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi
5. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi
6. “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi
7. “Qarabağ Qaziləri” İctimai Birliyi
8. “20 Yanvar” İctimai Birliyi
9. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi
10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi
11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi
13. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi
14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi
15. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi
16. “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi”.