İyunda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 548 min 749 ton yük daşınıb ki, bu yüklərin dəyəri 199,5 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 221 min 465 ton yükün dəyəri 47,9 milyon dollar təşkil edib.
Yarım ildə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 327 min 284 ton, dəyəri isə 151,5 milyon dollar olub.