AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 34 ictimai iaşə obyekti, 151 ərzaq satışı mağazası olmaqla ümumilikdə 185 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Pepsi”, “İlmart”, “TT”, “Səbət”, “Orion” marketlər, Məmmədova Çimnaz Qara qızına, Məmmədova Aygün Həmid qızına, Əliyev Mübariz Həsən oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Quba rayonunda Azibəkova Nadidə Aysel qızına, Səfərəliyev Vüqar Mayıl oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Həmzəliyev Qafar Əhəd oğluna məxsus market

İsmayıllı rayonunda “Dostluq”, “Mican”, “Bənövşə”, “Qoşa samovar”, “Halal”, “Relax”, “Samovar” kafeləri, Əhmədov Yunis Yusif oğluna, Əliyev Tamerlan İntiqam oğluna, Nağıyev Ramiz Mirəhməd oğluna, Mustafayev Adəm Bahadur oğluna və Kərimli Elxan Yavər oğluna məxsus kafelər, “Xəyal”, “Qız qalası” restoranları, Hüseynov Elşən Eldar oğluna və Cəfərov Müqbil Raiz oğluna məxsus ət satışı mağazaları, “Sərhəd”, “Girdiman” “Ucuz” marketlər, Həsrətov Vüsal Sehran oğluna, Dəmirov Sübhan Xalı oğluna məxsus ərzaq mağazaları, Kərimli Elxan Yavər oğluna məxsus yeməkxana

Şamaxı rayonunda Novruzov Süleyman Əlikazım oğluna məxsus “Ülvi” market

Kürdəmir rayonunda “Gözəl məkan”, “Laçın”, “Orxan”, “Çinar”, “Elsevər”, “İdeya” kafeləri, “Tunar” market, İsmayılov Vasif Ziyad oğluna məxsus ərzaq mağazası

Göyçay rayonunda Zülfüqarov Əhmədağa Əlisahib oğluna, İsrafilov Ənvər Sirac oğluna, İbadov Varis Maarif oğluna, Kərimov Elşad Aqil oğluna, Ələkbərov İkram Şaban oğluna məxsus ərzaq mağazaları, Quliyev Ülvi Tahir oğluna məxsus kafe, Süleymanov Pünhan İlham oğluna məxsus şirniyyat mağazası

Neftçala rayonunda Əliyev Ramiz Xankişi oğluna məxsus ərzaq mağazası

Mingəçevir şəhərində “Qarabağ” market, Kazımova Rüxsarə Manaf qızına, Hüseynov Elmir İmdad oğluna məxsus ərzaq mağazaları

Yevlax rayonunda Qəribov Cuma Xurşud oğluna və Əliyev Nicat Əmirxan oğluna məxsus kafelər

Lənkəran şəhərində Səmədov Azad Yaşar oğluna, Məmmədov Elxan Səfər oğluna, Məhərrəmov Şükür Rəcəb oğluna məxsus ət satışı mağazaları

Gəncə şəhərində “Mətanət”, “Ülvi”, “Moskva” marketlər

Tovuz rayonunda “Cənnət məkan”, “Antares” kafeləri, “Tovuz” və “Həyat” ərzaq mağazaları

Qazax rayonunda “Dostluq”, “Emil”, “Buta” kafeləri, “Tacir”, “Yeddi gözəl”, “Murad”, “Ayxan” marketlər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Əvvəlkiİtaliyada keçirilən beynəlxalq konfransda Ermənistanın son hərbi təxribatlarından danışılıb
Növbətiİordaniyanın Azərbaycandakı səfiri Ermənistana silah satışına görə XİN-ə çağırılıb