randa həyata keçirilən bütün tədbirlərə baxmayaraq koronavirusun yayılması və bunun nəticəsində ölənlərin sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu günə kimi İranda 293 min 606 nəfər virusa yoluxan qeydə alınıb. Yoluxaraq müalicə müddətində ölənlərin sayı isə 15 min 912 -ə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 255 min 144 nəfər sağalaraq evə buraxılıb.
Nəzərə çatdıraq ki, İranda 2 nəfər parlament üzvü koronavirusa yoluxaraq həyatını itirib. Yoluxma halları nazirlərin və prezident administrasiyasının yüksək vəzifəli şəxsləri arasında da müşahidə edilib. Çətinliklərə baxmayaraq hələ ki, İran səhiyyəsi üzərinə düşən öhdəliyi yerinə yetirir.
İran alimləri də digər ölkələrdə olduğu kimi vaksin üzərində gərgin iş aparırlar. Əczaçılığa Nəzarət İdarəsinin rəhbəri Heydər Məhəmmədi bildirib ki, İran “Aktemra” dərmanının kütləvi istehsalına başlayıb. Bu dərman koronavirus xəstələrinə tətbiq edilib və müalicə müddətində məlum olub ki, xəstəliyin sağalması üçün çox effektlidir.