Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 1 milyard 476,9 milyon dollar, Tunisə 142,6 milyon dollar, Malayziyaya isə 60,4 milyon dollar olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkəyə ixracın dəyərində artım müşahidə edilib.