Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 28-nə olan statistik göstəriciləri açıqlayıb.
Bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 429 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 698 815 test aparılıb. Aktiv xəstə sayı 6 555 nəfərdir, onlardan 299 nəfər reanimasiyadadır, 73 nəfər isə süni tənəffüs aparatına qoşulub.