ABŞ tezliklə Əfqanıstandakı hərbi kontingentini azaldacaq.
Trend-in məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp müsahibəsində bildirib.
O bildirib ki, Vaşinqton Əfqanıstandakı qoşunların sayını əvvəlcə 8 minədək, daha sonra isə 4 minədək azaltmağı planlaşdırır.
D.Tramp bu prosesin dəqiq vaxtını açıqlamasa da, tezliklə baş tutacağını deyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo qoşunların 2021-ci ilin mayınadək Əfqanıstandan tam çıxarılmasının planlaşdırıldığını demişdi.