Çinin mərkəzində yerləşən Hubey əyalətinin Syantao şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, məlumatı “Sinxua” agentliyi yayıb.
Hadisənin səbəbi məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl Çinin Çjeszyan əyalətində dərman preparatları zavodunda partlayış baş vermişdi.