Azərbaycanda qızıl rekord həddə bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, avqustun 7-də qızılın qiyməti avqustun 6-ı ilə müqayisədə 26,6645 manat (0,77 faiz) artaraq 1 unsiya üçün 3 502,867 manat təşkil edib.

Gümüş 2,3647 manat (5,1 faiz) bahalaşaraq 1 unsiya üçün 48,3613 manata bərabər olub.

Platinin qiyməti 1,7085 manat (0,1 faiz) azalaraq 1 649,969 manat, palladiumun qiyməti 42,1855 manat (1,1 faiz) artaraq 3 751,7385 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 469,999 manat (15,5 faiz) bahalaşıb, gümüş 17,3796 manat (56,1 faiz) bahalaşıb, platin 247,8515 manat (17,7 faiz) bahalaşıb, palladium 462,944 manat (14,1 faiz) bahalaşıb.

Tarix: Qızıl

(XAU)

Gümüş

(XAG)

Platin

(XPT)

Palladium

(XPD)

7 avqust 2020-ci il 3 502,867 48,3613 1 649,969 3 751,7385
6 avqust 2020-ci il 3 476,203 45,9966 1 651,678 3 709,553
7 iyul 2020-ci il 3 032,868 30,9817 1 402,118 3 288,7945
Sutkada fərq: manat 26,6645 2,3647 -1,7085 42,1855
faiz 0,77 5,1 -0,1 1,1
Ayda fərq: manat 469,999 17,3796 247,8515 462,944
faiz 15,5 56,1 17,7 14,1

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

ƏvvəlkiMilli Məclisin növbədənkənar sessiyası başa çatdı
NövbətiDəniz suyunun duzsuzlaşdırılması su problemini həll edə bilər