Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 135 nəfər yoluxub və yoluxanların ümumi sayı 41 min 991 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə virusdan 1 xəstə ölüb və bu xəstəlikdən vəfat edənlərin sayı 1496 nəfərə çatıb.
Bildirilib ki, son gündə virusa 5, ümumiyyətlə isə 3 min 35 tibb işçisi yoluxub.
Məlumatda, həmçinin qeyd edilir ki, son gündə Moskvadan Bişkekə 406, Yekaterinburqdan isə 158 Qırğızıstan vətəndaşı gətirilib.