Son 24 saatda Qırğızıstanda COVID-19 koronavirusuna 103 nəfər tutulub və pandemiya dövründə yoluxanların ümumi sayı 43 min 126-ya çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada 1, ümumiyyətlə isə 1058 nəfər virusdan ölüb.
Bildirilir ki, son gündə 9, ümumiyyətlə isə 3 min 101 tibb işçisi bu virusa yoluxub.
Qeyd edilib ki, ötən gecə Moskvadan Bişkekə 393 Qırğızıstan vətəndaşı gətirilib.