Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “Demokratik İnkişafın Təşviqi” İctimai Birliyinin “Biz birlikdə güclüyük” devizi altında icra etdiyi layihə davam edir. Siyəzən və Şabran rayonunlarının ərazisində həyata keçirilən layihə çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
Layihənin rəhbəri Teymur Nəsirovun Türk.az-a verdiyi məlumata görə layihə üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə 28, ikinnci mərhələdə 40 zəruri ərzaq mallarından ibarət qutu alələrə çatdırılıb. Üçüncü mərhələdə daha 40 ərzaq qutusu hazırlanıb və Siyəzən rayon Mərkəzi Poçt Şöbəsinə təhvil verilib.
Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi isə ərzaqların çatdırılması xidmətini təmanasız olaraq öz üzərinə götürüb. Birlik sədri göstərilən xidmətə görə şöbənin rəhbəri Akif Əliyevə təşəkkürünü bildirib.