İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri Nicat Əsədlinin və e-Estoniyanın rəqəmsal transformasiya məsləhətçisi Florian Markusun könüllülərlə “Rəqəmsal transformasiya strategiyası” mövzusunda görüşü keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüş zamanı Florian Markus rəqəmsal transformasiya sahəsində Estoniya təcrübəsini könüllülərlə bölüşüb. Həmçinin RTQ-nin rəhbəri Nicat Əsədli Azərbaycanda bu sahədə görülən işlər, innovativ layihələr, elektron və mobil rezidentliklə bağlı könüllüləri məlumatlandırıb.
Könüllülər isə mövzu ilə bağlı fikir mübadiləsində iştirak edib, suallarını ünvanlayıblar.